Common Turkish culture

Türklər dünyanın qədim və qüdrətli xalqlarındandır. Hər bir xalqın böyüklüyü onun tarix, ədəbiyyat və mədəniyyətinin qədim və zənginliyinə görə müəyyənləşdirilir. Bu mənada türklər öz ədəbi abidələrinin qədimliyi, zənginliyi baxımından dünya xalqları arasında böyüklüyünü və aparıcılığını təsdiqləyə bilmişdir. Türklərin 2700 il ədəbiyyat, 2500-3000 il yazı tarixinə malik olmaları bu fikrin həqiqiliyinə əminlik yaradır. Türklərin ilk yazılı mətinləri – Orxon-Yenisey abidələri, əski türk dastanları türk əxlaqı, düşüncəsi, adət-ənənələri, məişət tərzi və islami dəyərlərin təbliği baxımından böyük əhəmiyyət daşıyırlar. Ümumiyyətlə, ortaq türk ədəbiyyatının böyük nümayəndələri Yusif Balasaqumlu, Mahmut Kaşğari, Nizami Gəncəvi, Əlişir Nəvai, Yunus Əmrə, İmadəddin Nəsimi, Məhtumqulu Fəraqi kimi söz adamları milli estetik təfəkkürün zənginliyini əks etdirməklə yanaşı, türk mədəniyyətinin formalaşmasında misilsiz xidmətlər göstərmişlər.

Registration form

Registration