Dünya Mədəniyyət Mirasları siyahısı - UNESCO-nun Dünya mirasları Komitəsi tərəfindən təyin olunmuş və yerləşdikləri ölkənin dövlət orqanları tərəfindən qorunması zəmanət edilmiş, bütün dünya üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin siyahısıdır. Dünya Mədəniyyət Mirasları siyahısının yaradılmasında məqsəd, bütün insanlara məxsus olan dəyərlərin qorunmasında beynəlxalq əməkdaşlığı həyata keçirməkdir. Nizamlı olaraq yenilənən siyahıya 2004 ildən etibarən 134 ölkəyə aid 788 abidə daxil edilmişdir. Bunların 617-si mədəni, 154-ü təbii, 23-ü isə mədəni və təbii abidələrdir. 1972-ci ildə UNESCO 38 maddədən ibarət qətnaməni qəbul etdi.Qətnamədə hamı tərəfindən ümumdünya irsinin bir nəfər kimi qorumalı olduğu qeyd edilirdi. Qətnaməyə 175 dövlət qoşulmuşdur.Bunlardan 21 dövlət Ümumdünya irsinin idarə heyətinin üzvüdür.