Türkün ortaq türk dilində müasir dünya mədəniyyətinə məlum ilk yazılı nümunəsi Orxon və Yenisey çayları hövzəsində tapılmış qəbirüstü yazılardır (VI-VIII əsrlər). Həm də bu yazılar başqa bir xalqın yox, məhz türkün öz əlifbası ilədir. XIX əsrin 90-cı illərində Danimarka alimi V.Tomsen tərəfindən deşifrə edilən, bir az sonra rus alimi V.Radlov tərəfindən təkrar oxunan bu qəbirüstü yazılar müxtəlif adlarla tanınır: Orxon-Yenisey abidələri, Orxon-Yenisey kitabələri, Orxon-Yenisey yazıları, əski türk yazıları, qədim türk run yazıları və s. Bu kitabələrin oxunması ilə türk tarixinin və əski türk dilinin öyrənilməsində yeni mərhələ başlayır. Ən sürəkli tədqiqatlar da dil və tarix yönlərində aparılmışdır.
Orxon-Yenisey abidələri ilə ədəbi material kimi çox səmərəli məşğul olan İ.V.Steblevadır.
davamı əlavədə