Bu müqəddəs savaşa qatılmaq üçün 3 mindən çox azərbaycanlı türkçülük, İslam və Vətən uğrunda canlarından keçən 253 min məhmətçiklə eyni taleyi paylaşaraq qəhrəmancasına şəhid olmuşdur.1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək davam edən Çanaqqala döyüşünün Türkiyə tarixi üçün çox böyük əhəmiyyəti var. Çanaqqala müharibəsi Birinci dünya müharibəsi dövründə Osmanlı dövləti ilə Antanta dövlətləri (İngiltərə, Fransa, Anzaklar (Avstraliya və Yeni Zellandiya) arasında baş vermişdir. Osmanlı dövlətinə məxsus boğazlar strateji baxımdan Antanta dövlətləri üçün ən əlverişli şans sayılırdı. Boğazları tutmaqla onların məqsədi Almaniya ilə Osmanlı Türkiyəsini bir-birindən təcrid etmək və İstanbulu ələ keçirməklə Osmanlı Türkiyəsinin Qara dənizdə hökmranlığına birdəfəlik son qoymaq idi. İstanbulu ələ keçirməyin ən real qapısı olan Çanaqqala boğazının təhlükəsizliyi hələ 1914-ci ilin avqustundan nəzarətə götürülmüşdü. 1914-cü il noyabrın 3-də ingilis və fransız qüvvələri boğazın ağzına doğru yaxınlaşdılar. İngilislər Seddülbahir və Ərtoğrul qalalarını, fransızlar da Anadolu yaxtasında Qumqala və Orhaniyə qalalarını topa tutdular. İngilis sualtı qayıqları dekabrın 2-də boğaza girdi və 750 metr irəlidə yerləşən “Mesudiye” zirehli gəmisinə mərmi ataraq gəmini batırdı. Bu iddialarla İngiltərə 1915-ci il yanvarın 28-də Osmanlı dövləti ilə döyüş qərarı verdi və bu qərara Fransa da qoşuldu. Fevralın 19-da düşmən döyüş gəmiləri amansız bombardmanla xeyli irəlilədi. Martın 18-də ingilis-fransız gəmiləri şiddətli atəşə başladılar.
davamı əlavədə