Xarəzmşahların tarixi şəxsiyyəti və sonuncu hökmdarı olan Cəlaləddin Mənquberdi 1199-cu ildə Xarəzmdə anadan olmuşdur. O, Əlaəddin Məhəmmədin böyük övladıdır. Anası isə hind cariyəsi Ayçiçək xatundur.
O, 15 avqust 1231-ci ildə Kiçik Asiyada öldürülmüşdür.
Cəlaləddin Xarəzmşahın adı mənbələrdə “Manqburnu”, bəzən də “Məngü-Bərti” şəklində keçir. Manqburnu qədim türkcədə “böyük burunlu” deməkdir. Məngü-Bərti isə “əbədi qurd” mənasına gəlir. Bu iki ad arasında mənbələrdə yer alan fərqin Cəlaləddinin adının tam oxunmamasından irəli gəlməkdədir. Həmçinin, “manq” türklərdə boy adı mənasını da verməkdədir.