Şuşa mədəniyyəti

Şuşa mədəniyyəti

Şuşa 2021-ci ildən Azərbaycanın mədəniyyət paytaxtıdır. Müxtəlif dövrlərdə “Kiçik Paris”, “Mədəniyyət beşiyi”, “Qafqazın sənət məbədi”, “Şərqin konservatoriyası” adlandırılan bu şəhər təkcə təbii gözəlliyi ilə deyil, həm də əsl mədəniyyət mərkəzi olması ilə də seçilir. Şəhərin arxitekturası da mədəniyyətin, memarlığın əsas göstəricisidir. Şuşada hər küçə, hər məhəllə, hər ev tarixdən bir nişanədir. Arxiv sənədlərdə şəhərdə 549 qədim bina, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastr yerləşir. Bütün bu tarixi abidələr şəhərin mədəniyyət tarixindən xəbər verir. Şəhərin mədəni cəhətdən inkişaf etməsində vaxtilə Qarabağ xanlığının mərkəzi olması xüsusi rol oynamışdır. Şuşa paytaxt şəhəri kimi Azərbaycanın digər şəhərləri və qonşu dövlətlərlə daim mədəni, iqtisadi və siyasi əlaqələr yaratmış, daim diqqət mərkəzində olmuşdur.

Qeydiyyat formu

Qeydiyyat