Qazaxıstanın müstəqillik mübarizəsi

Qazaxıstanın müstəqillik mübarizəsi

SSRİ-nin dağılması ərəfəsində Qazaxıstanda ictimai-siyasi gərginliyin artması kütləvi etiraz dalğasının genişlənməsinə və milli-azadlıq hərəkatının geniş vüsət almasına gətirib çıxartdı. Tələbə hərəkatı və ictimai birliklərin meydana gəlməsi ilə müstəqillik uğrunda mübarizə daha kəskin xarakter aldı və 16 dekabr 1991-ci ildə Qazaxıstan dövlət müstəqilliyini elan etdi. SSRİ-də və dünya sosializm sistemində iqtisadi, siyasi və sosial sahədə uzun müddət formalaşan böhran 1980-ci illərin sonlarında daha da kəskin xarakter aldı. Sovet imperiyasının çökməsi ərəfəsində Qazaxıstanda da yaranmaqda olan ümumxalq narazılığı özünü açıq formada büruzə verməsə də, müstəmləkəçilik və sistemli assimliyasiya siyasətinə etiraz hərəkatının başlanması üçün fürsət 1986-cı ilin sonlarında yarandı. Uzun illər Qazaxıstan Kommunist Partiyasına rəhbərlik etmiş Dinməhəmməd Kunayev vəzifədən azad edildi.

Qeydiyyat formu

Qeydiyyat