Türk xalqlarınm bədii təfəkkür tarixində öz tutum və siqləti ilə seçilən möhtəşəm abidələrimizdən biri «Manas» trilogiyasıdır. Hazırda «Manas»ın 65 variantı mövcuddur. 1995-ci ilin avqust ayında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilmiş «Manas - 1000» yubiley tədbiri keçirilmişdir. «Manas»ın mənzum variantlarından birini əzbər söyləyən şəxsə manasçı deyirlər. Manasçılar el arasında ən istedadlı adamlar sayılırlar. Çünki belə adamlar ilk növbədə fenomenal yaddaşa, improvizasiya qabiliyyətinə, aktyorluq istedadına malik olmalıdır. Manasçı eposun bütün ruhunu: döyüş səhnələrini, qalibiyyət və məğlubiyyəti, kədər və sevinci, işıq və qaranlığı, xeyir və şəri, dost və düşməni, bir sözlə, olumdan ölümə gedən yolun mənəvi fəsillərini səsinin ahəngi, əl-qol hərəkətləri ilə dinləyiciyə olduğu kimi çatdırmağı bacarmalıdır. Adətən «Manas»ın yaranış dövrünü IX-X əsrlərə ünvanlayırlar.
davamı əlavədə