"Kitabi-Dədə Qorqud" dastanı

"Kitabi-Dədə Qorqud" dastanı

Yalnız Azərbaycan ədəbiyyatının deyil, dünya ədəbiyyatının da nadir incilərindən sayılan "Kitabi-Dədə Qorqud" dastanı xalqımızın ən qədim yazılı söz abidələrindən biridir. Dastan on iki boydan, hər boy qədim türk tayfası olan Oğuzların həyat və düşüncə tərzini əks etdirən müstəqil süjetdən ibarətdir. Boyların müəllifliyi Dədə Qorquda aid edilir. O, Oğuz türklərinin başbiləni, yolgöstərənidir. Dastanın "Müqəddimə"sində Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında (VII əsr) yaşadığı və onun üzünü gördüyü qeyd edilir. Orta əsr tarixçilərindən bəzilərinin yazdığına görə isə, Dədə Qorqud türklər tərəfindən elçi sifətilə Məhəmməd peyğəmbərin yanına göndərilib. Onun hazırda əlimizdə olan iki nüsxəsi var. Müqəddimə və 12 boydan ibarət olan Drezden (Almaniya) nüsxəsidir.

Qeydiyyat formu

Qeydiyyat