Şərqdə ilk opera

Şərqdə ilk opera

Bakıda Üzeyir Hacıbəyovun şərəfinə keçirilən musiqi günləri 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə dövlət statusu aldı. O gündən bəri hər il sentyabrın 18-i Üzeyir Musiqi günü kimi qeyd olunmağa başladı. Bu nəcib qərar hər kəsin, xüsusilə də musiqisevərlərin ürəyincə oldu. Bu il əvvəlkilərdən fərqli olaraq, Üzeyir Musiqi günü daha möhtəşəm şəkildə qeyd olunacaq. Sentyabrın 14-dən başlayaraq 18 dək davam edəcək tədbirlər Azərbaycan Dövlət Opera və Balet Teatrında dahi sənətkarın xatirəsinə ehtiram əlaməti olaraq, milli opera sənətimizin ən dəyərli nümunəsi - "Koroğlu" operasının tamaşaya qoyulması ilə daha da rəngarəng olacaq.

Qeydiyyat formu

Qeydiyyat