İlk qəzet - Əkinçi

İlk qəzet - Əkinçi

Həsən bəy Zərdabinin redaktorluğu ilə  1875-ci ilin 22 iyulunda “Əkinçi” qəzeti Bakıda qubernator mətbəəsində Azərbaycan dilində  nəşrə  başlamışdır. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur.1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunmuşdur. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür.  "Əkinçi" qəzeti "Daxiliyyə", "Əkin və ziraət xəbərləri", "Elm xəbərləri", "Təzə xəbərlər" kimi şöbələrdən ibarət idi.  ”Əkinçi” qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun”Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunmuşdur.

Qeydiyyat formu

Qeydiyyat