Babur - Baburnamə

Babur - Baburnamə

Əslən özbək olan Zahirəddin Məhəmməd Babur 14 fevral 1483-cü ildə hal- hazırda Özbəkistanda yerləşən  Əndican şəhərində anadan olub.

Tarixdə Böyük Türk-Hind Dövlətinin banisi və ilk hökmdarı kimi tanınan Zahirəddin Məhəmməd Babur 26 dekabr 1530-cu ildə Hindistanın Aqra şəhərində  47 yaşında vəfat etmişdir. Onu əvvəlcə  Aqra şəhərində dəfn etmişlər, sonralar, 1539-cu ildə Baburun öz vəsiyyətinə görə, məzarı Kabil şəhərində yerləşən Babur bağlarına köçürülmüşdü (indiki Əfqanıstan İslam Respublikasının paytaxtına). 1646-cı ildə nəticəsi Sultan Cahan şah tərəfindən Baburun məzarı üzərində türbə tikildi.

Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingiz xan sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi

Qeydiyyat formu

Qeydiyyat