İlk dəfə Türkiyə Cümhuriyyəti hökumətinin təşəbbüsü və ev sahibliyi ilə 1992-ci ildə Ankarada türkdilli dövlətlərin başçılarının görüşü keçirildi.
Bir müddət “Türk zirvəsi” adlandırılan bu tədbirlər, sonralar “Türk Cümhuriyyətləri dövlət başçılarının zirvəsi”, 5-ci zirvədən sonra isə “Türkdilli dövlətlərin dövlət başçılarının zirvəsi” kimi qeyd edilməyə başladı.
Türk dövlətləri arasında elm, təhsil və mədəniyyət sahələrindəki əməkdaşlığın inkişafına təkan verən amillər içərisində Türk dövlət və topluluqları dostluq, qardaşlıq və əməkdaşlıq qurultayları xususi qeyd edilməlidir. Belə mühüm təşkilatlardan biri də TÜRKSOY təşkilatıdır.
TÜRKSOY təşkilatının əsası 1992-ci ilin iyununda altı türk dövlətinin mədəniyyət nazirlərinin İstanbulda keçirilən toplantısında qoyulmusdur.