Əsası 1299-cu ildə qoyulmuş bu dövlət 1922-ci ilədək mövcud olmuşdur. Altı əsrdən artıq yaşayan Osmanlı dövləti ən uzun ömürlü türk dövlətidir.Dövlətin qurucusu Oğuz türklərinin Qayı boyuna mənsub olan Ərtoğrul Qazinin oğlu Osman Qazi olmuşdur. Bu sülalənin əcdadları XIII əsrin birinci Anadolu bəylikləri yarısında Mərkəzi Asiyanın cənub-qərb bölgələrindən Anadoluya köç etmişdilər.1243-cü ildə Səlcuqlu dövləti Kösə dağ döyüşündə məğlubiyyətə uğradıqdan sonra Anadolunun siyasi birliyi pozuldu. Dövlətin parçalanması prosesində Qaramanoğulları, Aydın oğulları, Əşrəfoğulları, Kərəsioğulları, İsfəndiyar oğulları, Məntəşə oğulları kimi müstəqil bəyliklər yarandı. Onlardan biri də Osmanlı bəyliyi idi.1281-ci ildə Ərtoğrul Qazi özünün çox da böyük olmayan bəyliyini oğlu Osman Qaziyə vəsiyyət etdi. Osman Qazi əvvəlcə Anadolu Səlcuqlu dövlətinin ona Söyüt və Domançı bölgələrində sərhədyanı bəylik kimi ayırdıqları vilayətdə hakimlik edirdi. 1299-cu ildə Anadolu Səlcuqlu dövlətinin zəifləməsi nəticəsində Osman Qazi müstəqillik elan edərək öz dövlətinin əsasını qoydu.