“Məclisi-üns” (“Dostluq məclisi”) ədəbi məclisi 1864-cü ildə XIX əsr Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərində ensklopedik bilik sahibi kimi tanınan Mirzə Əbülqasımın mədrəsəsində təşkil olunmuşdur. İlk təşəbbüsçüləri Mirzə Əbülqasımın yetişdirməsi və davamçısı həm şair, həm də tarixçi olan Mirzə Rəhim Fəna və klassik üslubda gözəl şeirlər yazan Hacı Abbas Agah idi.