Əhməd Yəsəvi

Əhməd Yəsəvi

Türk dünyasının bəşər mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlər arasında məşhur sufi şair və mütəfəkkir Xoca Əhməd Yəsəvinin xüsusi yeri var. Əhməd Şeyx İbrahim oğlu Yəsəvi 1103-cü ildə indiki Qazaxıstanda ruhani ailəsində dünyaya göz açıb. O dövrün məşhur alimlərindən fiqh (hüquq), hədis elmlərini və şəriət qayda-qanunlarını öyrənir, qısa müddət ərzində görkəmli din alimi kimi tanınır. Yüzlərlə müridi olan Əhməd Yəsəvi sadə ömür yaşayıb. Əl işləri sənəti ilə də məşğul olan mütəfəkkir taxta qaşıq düzəldib, gündəlik ruzisini onunla qazanıb. Araşdırmalarda göstərilir ki, insanlığa böyük məhəbbətlə yanaşan Əhməd Yəsəvi 63 yaşında evinin qabağında dərin quyu qazdırır. Ömrünün qalan hissəsini quyuda oturub Allaha dua etməklə keçirir. 1167-ci ildə Yəsi şəhərində dünyasını dəyişir.

Qeydiyyat formu

Qeydiyyat