Bu dövlət XI–XII əsrlərdə mövcud olmuşdur. Başlanğıcda bir hökmdarın hakimiyyəti altında olan Səlcuqlu dövləti daha sonra Kirman Səlcuqluları, Suriya Səlcuqluları, Ana dolu Səlcuqluları kimi eyni sülalənin müxtəlif qolları tərəfindən idarə olun muşdu.
Səlcuqlu dövlətinin sərhədləri Yaxın Şərq (İordaniya, Suriya, İraq) və Ana doludan Şərqi Türküstana (Qaşqar) qədər uzanmışdı. Oğuz Yabqu dövlətinin sərkərdələrindən olan Səlcuq bəy yabqu ilə anlaşa bilmədiyinə görə özünə bağlı olan bir qrupla mərkəzdən ayrılıb Cənt şəhərində yerləşdi. Yeni dövlətin qurucuları isə Səlcuq bəyin nəvələri Toğrul bəy və Çağrı bəy oldu. Ataları cavan yaşında vəfat edincə Toğrul bəylə Çağrı bəy babaları Səlcuq bəyin himayəsində böyüdülər və babalarının ölümündən bir müddət sonra oğuzların başına keçərək dövlət qurmağa başladılar. 1040-cı ilə qədər Səlcuqlular Xorasanda Qəznəvilərə qarşı döyüşlərdə qalib gələrək müstəqillik əldə etdilər. Həmin ildə Dəndənəkan yaxınlığında baş vermiş döyüş Səlcuqluların Xora sana hakim olaraq Anadoluya yürüşlər etməsinə zəmin yaratdı.