Mustafa Kamal Atatürk

Mustafa Kamal Atatürk

Atatürk, Qazi Mustafa Kamal (1881-1938) Türkiyə Cümhuriyyətinin qurucusu, Türkiyə dövlət, hərbi və siyasi xadimi olmuşdur. 1923-1938-ci illərdə Türkiyənin ilk prezidenti olmaqla ölkəyə rəhbərlik etmişdir. Atatürk adı ona 1934-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə verilmişdir.

 M.Kamal Birinci Dünya müharibəsi zamanı Dardanel boğazının müdafiəsində şücaət göstərərək general rütbəsi və paşa titulu almışdır. 1919-cu ildə Anadoluda başlayan və sonra onun adı ilə adlandırılan “kamalçılar” hərəkatına başçılıq etmişdir. Antanta ordusu İstanbulu işğal edəndən və ingilislər “Məclisi-məbusan”ı (Deputatlar palatası) dağıdandan sonra Atatürk 1920-ci il aprelin 23-də Ankarada yeni parlament-Türkiyə Böyük Millət Məclisini yaratdı: o, məclisin və təşkil etdiyi hökumətin sədri seçildi və ingilis-yunan müdaxiləçilərinə qarşı milli azadlıq müharibəsinə rəhbərlik etdi. 1922-ci ildə Atatürkün rəhbərliyi ilə Türk ordusu müdaxiləçiləri tamamilə darmadağın etdi.

 Onun təşəbbüsü ilə 1923-cü il oktyabrın 29-da Türkiyə respublika elan edildi və bununla da Türkiyə Cümhuriyyətinin əsası qoyuldu. O, bir sıra islahatlar apararaq ölkənin sürətli inkişafına nail oldu. Bu gün də Türkiyə onun qoyduğu qayda-qanunlara hörmətlə yanaşır və ideyalarını həyata keçirir.

 

Qeydiyyat formu

Qeydiyyat