Olimpiadanın şəhər mərhələsi

Olimpiadanın şəhər mərhələsi

Ortaq Türk Dünyası Olimpiadasının şəhər mərhələsi Bakı Şəhəri üzrə Təhsi İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında 13 may 2023-cü il tarixində Yasamal rayonu 18 nömrəli tam orta məktəbdə keçiriləcək. İmtahan saat 09:00 - da başlayacaq. Şagirdlər ümumilikdə ortaq türk dünyası tarixi və mədəniyyətini əhatə edən 30 sualı (test) cavablandırmalıdır. İmtahan müddəti 1 saat (60 dəqiqə) olacaq. Şəhər mərhələsinin nəticələrinə əsasən ən yüksək bal toplamış 6 şagird komandamızı final mərhələsində təmsil edəcək.

Qeydiyyat formu

Qeydiyyat